-
- 3-04-2023, 17:49
- 334
Hansı yaşda nə yemək lazımdır? – ÖMÜRLÜK QİDALANMA
Yemək yemək 7-dən 70-ə qədər hər kəs üçün vacibdir. Körpəlikdən qocalana qədər insan orqanizminin ehtiyac duyduğu qidalar dəyişir. Təbii ki, hər kəsin metabolizması fərqlidir.
Mütəxəssislər yaş qruplarına görə, qidalanmanı ümümiləşdiriblər:
0-2 yaş
Valideynlərə uşaqları altı aylıq olanda əlavə qida qəbuluna başlamaları tövsiyə olunur. Bunun səbəbi ana südündə kifayət qədər dəmir olmamasıdır. Buna görə də əlavə qidaya keçərkən yumurta istehlakı vacibdir. Amma qətiyyən, yumurta çiy yeyilməməlidir. Asan hazırlanan ispanaq və brokoli püresi də olduqca faydalıdır. Bu qidaların tərkibi dəmirlə zəngindir. Ümumiyyətlə bu yaş aralığında bacardıqca, körpələri fərqli qidalarla tanış etmək lazımdır. Balanslaşdırılmış şəkildə meyvə, tərəvəzə üstünlük verilməlidir.
2-8 yaş
Bu dövrdə sümüklərdə böyümə olur. Ona görə də uşaqların kalsiumla zəngin qidalar yeməsinə diqqət yetirmək lazımdır. Süd məhsulları da kalsiumla zəngindir.
Əlbəttə ki, bu yaş qrupunda da dəmir qəbulu vacibdir. Tərəvəz bütün yaş qruplarında mühüm rol oynayır. Kalsiumla zəngin digər alternativlər toxumlardır. Günəbaxan, çia, xaşxaş və küncüt istehlakı sağlam böyüməyə kömək edir.
Yeniyetmələr və gənclər
Bu dövrlərdə hormonlar aktiv olduğundan balanslaşdırılmış qidalanma çox vacibdir. Vitamin və zülalla zəngin qidalar ön planda olmalıdır. Meyvə və tərəvəzlər, yağsız ət və paxlalılar yüksək dəmir tərkibli məhsullarla tamamlanmalıdır. Bu, xüsusilə menstruasiya dövrünü ilk dəfə yaşayan qızlar üçün əhəmiyyətli rol oynayır. Yumurta, ispanaq və quru meyvələr də zəngin maqnezium mənbəyidir.
20+ yaşlar
Həyatınızın bu mərhələsində siz güclü bir bədənə sahibsiniz və özünüzü bir az yenilməz hiss edə bilərsiniz. Ancaq bədəninizə nə daxil olduğu bu yaşda da çox önəmlidir. Bəzi həyat tərzi dəyişiklikləri 20-ci illərdə baş verir. Bu, spirt, kofein, stress və ya hər üçü ola bilər. Qidalanmanıza diqqət etməsəniz, B12 çatışmazlığı yaranmağa başlayacaq.
B vitaminləri ilə zəngin qidalara ət, balıq, süd məhsulları və yumurta kimi heyvan məhsulları daxildir. Əgər ət yeməsəniz, yeməyinizə B12 əlavə etmək üçün qida mayasından istifadə edə və ya yaşıl yarpaqlı tərəvəzlərə üstünlük verə bilərsiniz.
30+ yaşlar
Arpa, yulaf və qəhvəyi düyü kimi qidaların 30 yaşındakı insanlar üçün faydaları çoxdur. Bu yaş insan həyatında həlledici rol oynayır. Qidalanmaya diqqət edilməzsə, sonrakı illərdə xəstəliklər meydana gələ bilər. Xüsusən, bu yaşlarda hamilə qalmaq istəyən qadınlar diqqət etməlidirlər.
Kişilər də 30 yaşlarında qidalanmada B vitamini ilə zəngin qidalara üstünlük verməlidirlər. Bunun üçün bütün dənli bitkilər inanılmaz faydalıdır. Bədən çəkisinin normada saxlanması, mədə-bağırsaq sağlamlığı üçün yüksək lifli qidalar tövsiyə edilir.
40+ yaşlar
Bu yaşlarda orqanizm yaşlanma prosesinə keçir, bunun görə də dərimizi və bədənimizi qorumaq üçün antioksidanlara ehtiyacımız var. Antioksidantlar bədəndə sərbəst radikallar adlanan qeyri-sabit atomları zərərsizləşdirməyə kömək edir. Stressin səbəb olduğu zədələrin bərpasında da faydalıdır. Antioksidanlar parlaq rəngli meyvə və tərəvəzlərdə çoxdur. Dərman şəklində qəbul etmək və yaxud dərinizə sürtməkdənsə, qida olaraq istehlak etmək daha sürətli nəticə verir.
Avtofagiya ideyasına görə, bədəninizi uzun müddət qida maddələrindən məhrum etsəniz, vücudunuz alternativ enerji mənbələri tapmalı olacaq. Beləliklə, zədələnmiş hüceyrələr enerji üçün yandırılmalıdır. Buna görə bu yaşda aralıq oruc tutmaq metabolik sağlamlıq üçün faydalıdır.
50+ yaşlar
Bu yaşlarda diyabet və ürək xəstəliklərinin qarşısının alınması ilə yanaşı, normal çəkiyə də diqqət etmək vacibdir. Yediyimiz qidalarda müxtəlif növ yağlar var və doymuş yağlar yüksək xolesterol ilə əlaqələndirilir. Çoxlu heyvan qidaları; kərə yağı, ət və ya pendir kimi. Bu yaşlarda yaxşı olar ki, bu yağladan imtina edəsiniz. Əvəzində isə bitki mənşəli yağlara, xüsusən də zeytun yağına üstünlük vermək lazımdır.
60+ yaşlar
Protein insanların daha uzun müddət toxluq hiss etməsi üçün mühümdür. Zülalların 65 yaşdan yuxarı insanlar üçün əzələ sarkopeniyası ilə mübarizədə də faydalı olduğu sübut edilib. Müəyyən yaşdan sonra daha az karbohidrat və daha çox protein istehlak etmək tövsiyə olunur.
70+ yaşlar
Bu yaşda insanların yemək vərdişləri dəyişir, iştah azalır. Az qidalanma zamanı qidaların vitamin dəyərinə xüsusi fikir vermək lazımdır. Bu yaşlarda insanlar hərəkət etməkdə çətinlik çəkə bilərlər, buna görə də vitaminləri nizamlı şəkildə qəbul etmək lazımdır. 70 yaşdan sonra çoxlu meyvə, tərəvəz, omeqa-3 və kalsium olduqca vacibdir. Gündə ən azı 2 dəfə tərəvəz yemək məsləhətdir. Məsələn, noxud həm protein, həm də tərəvəz ehtiva edir. Kartof isə həm karbohidrat, həm də tərəvəzdir. Bu səbəbdən fərqli xüsusiyyətlərə malik meyvə və tərəvəzləri bol-bol istehlak etməliyik. Omeqa-3 istehlakı da ürəyinizi sağlam saxlamağa kömək edir.
60 yaşa qədər sümüklərimizdəki kalsiumun çoxu yox olacaq. Buna görə də kalsiymun osteoporozun qarşısının alınmasında böyük rolu var./saglamolun/