Sürətli arıqlamaq üçün ən vacib 5 qida
    • 26-01-2023, 00:00
    • 433

Sürətli arıqlamaq üçün ən vacib 5 qida

Dietoloq Laura Burak sürətli arıqlamaq üçün beş vacib məhsulun adını açıqlayıb.

Yemək üçün nəzərdə tutulan keyfiyyətli sousların istehlak edilməsi sürətli və sağlam bir şəkildə arıqlamağa səbəb olur.

Onun sözlərinə görə, sağlam və sürətli şəkildə arıqlamaq üçün yumurta istehlak etmək lazımdır:

“Səhər yeməyində yumurta yemək orqanizmdə toxluq hissi yaradır. Salat hazırlayarkən mütləq limon suyu əlavə edilməlidir. Sürətli arıqlamaq üçün tərəvəzlərə də daha çox üstünlük verilməlidir”.

Dietoloq şirniyyatı isə meyvələrlə, xüsusən də alma və armudla əvəz etməyi tövsiyə edib. /Lent.az/