Qurban Qurbanov milli üzvü ilə bağlı yekun qərarını VERDİ
    • 3-04-2023, 18:40
    • 195

Qurban Qurbanov milli üzvü ilə bağlı yekun qərarını VERDİ

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov cari mövsümün sonunda klubu ilə olan müqaviləsinin müddəti başa çatacaq Filip Ozobiçlə bağlı qərarını verib.

News24.az fanat.az-a istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis Azərbaycan yığmasının da üzvü olan xorvatı komandada saxlamaqda maraqlı deyil.

Səbəb 31 yaşlı yarımmüdafiəçinin tez-tez zədələnməsi və oynadığı matçlarda belə, komandaya faydalı ola bilməməsidir.

Qeyd edək ki, Ozobiçi ölkəsinin "Slaven Belupo" klubu istəsə də, onun qışdan danışıq apardığı "Neftçi"yə keçmək ehtimalı daha yüksəkdir.