Vəba epidemiyasından ölənlərin sayı 32-yə çatdı
    • 4-04-2023, 10:15
    • 171

Vəba epidemiyasından ölənlərin sayı 32-yə çatdı

Nigeriyada vəba epidemiyasından ölənlərin sayı 32-yə yüksəlib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yanvarın 1-dən martın 5-dək ölkənin 12 əyalətində vəba epidemiyası yayılıb. 

Sözügedən müddətdə bu bölgələrdə 922 vəbaya yoluxma qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikada vəba hallarının həyəcan verici həddə çatdığını açıqlayıb. "Vibrio" bakteriyasının törətdiyi və qida və su ilə yoluxan vəba orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümlə nəticələnə bilər.