-
- 4-04-2023, 17:34
- 946
Prezidentin nazir vəzifəsini həvalə etdiyi şəxs kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərovu sözügedən qurumun nazir vəzifəsi həvalə olunub.
News24.az-ın məlumatına görə, Cəfərov Sarvan Elxan oğlu 28 oktyabr 1985-ci ildə anadan olub. 1992-2003-cü illərdə Bakı şəhərinin 178 saylı orta məktəbində təhsil alıb. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə isə Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili alıb. Hər iki pillə üzrə təhsilini fərqlənmə diplomu ilə bitirib. 2007-2008-ci illərdə hərbi xidmətdə olub. 2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universistetində Biznesin təşkili və idarə olunması ixtisası (MBA) üzrə magistr təhsili alıb.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində 2015-2017-ci illərdə Avstriyada yerləşən Beynəlxalq Anti Korrupsiya Akademiyasında magistr təhsili alıb. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin doktorantıdır. 2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi, 2012-2018-ci illərdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib.
2018-ci ilin aprel ayından 2019-cu ilin noyabr ayına qədər Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi, 2019-cu ilin noyabr ayından 2020-ci ilin mart ayına kimi nazirin müşaviri vəzifəsində işləyib. 2020-ci ilin mart ayından avqust ayının 1-dək Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib. Sözügedən ildən sonra nazir müavini təyin edilib.
İngilis və Rus dillərini bilir. Evlidir, 3 övladı var.