Alimlər yaşamağa uyğun bir planetdən siqnal alıblar
    • 5-04-2023, 11:00
    • 302

Alimlər yaşamağa uyğun bir planetdən siqnal alıblar

Alimlər Yerdən 12 işıq ili uzaqlıqda yerləşən ekzoplanetdən və onun orbitində fırlanan ulduzdan təkrarlanan radio siqnalı aşkar ediblər.
 
News24.az xəbər verir ki, siqnalın “YZ Ceti” ulduzundan və onun “YZ Ceti b” adlı orbitində fırlanan qayalı ekzoplanetindən gələn güclü radio dalğaları olduğu qeyd olunur. 

Siqnalın Yerlə eyni ölçüdə olan bir planetə aid olduğu, maqnit sahəsinə və hətta atmosferə malik ola biləcəyi bildirilir.
 
Yerin maqnit sahəsi günəşdən axan enerjili hissəcikləri və plazmanı istiqamətləndirərək planetin atmosferini qoruyur. Bu, planeti yaşam üçün lazım olan mühitlə təmin edir.

Günəş sistemimizdən kənarda yerləşən planetlərin ətrafında atmosferlərin tapılması potensial olaraq həyatı dəstəkləyə bilən digər dünyalara işarə edə bilər.