Qardaşı arvadı ilə xalası oğluna şər atan şəxsə görün nə etdilər...
    • 5-04-2023, 12:59
    • 423

Qardaşı arvadı ilə xalası oğluna şər atan şəxsə görün nə etdilər...

Ötən ilin 20 avqust tarixində Balakən rayonunda xalası oğlunu amansızlıqla döyərək xəsarətlər yetirən 1987-ci il təvəllüdlü İntiqam Musayevin məhkəməsi keçirilib.

News24.az-ın əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 36 yaşlı İntiqam Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib. 

Araşdırmalar zamanı məlum olub ki, İntiqamın stulla döyərək ağır xəsarətlər yetirdiyi Novruz Behbudov onun xalası oğludur. Belə ki, onların yaşadığı Balakənin kəndində İntiqamla Novruzun qardaşı arvadı arasında gizli eşq yaşanması barədə məlumatlar yayılıb. Bundan sonra məlum olub ki, həmin söz-söhbəti Novruz yayıb və qardaşı arvadı ilə xalası oğlunun sevgi yaşadığını deyib. Bundan sonra həmin qadın, onun əri, həmçinin qadının ərinin xalası oğlu olan İntiqam həyətdə yığılaraq məsələni müzakirə ediblər. Onlar Novruzu da qonşu kənddən zəng edərək çağırıblar. 

Hadisə yerinə gələn Novruz qardaşı arvadı və xalası oğluna şər atmadığını, söz-söhbəti qonşuluqda yaşayan arvaddan eşitdiyini deyib. Bundan sonra həmin qadın da həyətə dəvət edilib və o, gələrək Novruzun üzünə tüpürüb və onun yalan danışdığını deyib. Bunu görən İntiqam xalası oğluna hücum edərək onu döyməyə başlayıb. O, həyətdəki 3 ədəd stulu ardıcıl olaraq götürərək Novruzun başına çırpıb. Zərbələrdən Novruzun kəllə sümüyü sınıb, ağır yaralar alıb, kontuziya və digər ağır xəsarətlər alıb.Hadisə ilə bağlı aparılan istintaqda Novruz onu döyənlər arasında “Akula” ləqəbli Ruslan adlı şəxsin olduğunu desə də, sonradan həmin ifadəsini inkar edib.

Bundan başqa məlum olub ki, Novruzu amansızlıqla döyən xalası oğlu İntiqam daha əvvəl Cinayət Məcəlləsinin ağırlaşdırılmış maddələrindən biri ilə 11 il müddətinə həbs cəzasına məhkum edilib. O, 10 il həbs çəkəndən sonra yeni azadlığa çıxıbmış.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Musayev bu dəfə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. o, ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.

Taleh BAĞIROV