"Anam kainata necə mesaj göndərdisə, onunla evləndim"
    • 5-04-2023, 14:59
    • 240

"Anam kainata necə mesaj göndərdisə, onunla evləndim"

Xalq artisti Miri Yusifin xanımı Nərgiz Mirbabayeva paylaşımı ilə diqqət çəkib. 

News24.az axşam.az-a istinadən xəbər verir ki, o, instaqramda video yayımlayaraq bir vaxtlar Miri Yusifin fanatı olduğunu söyləyib. 

"Universitetdə oxuyanda Miri Yusifin "Avara" adlı albomu çıxmışdı. Biz heç tanış da deyildik. Oradakı "Avara" mahnısını səhərdən gecəyə kimi oxuyurdum. Anam bezmişdi, deyirdi ki, bu nə mahnıdır qulaq asırsan? Özün kimi avaranı tapıb ərə gedəcəksən. Dedi və bir il sonra Miri Yufilə tanış olduq, 2 ay sonra evləndik. Anam kainata necə mesaj yolladısa, mən sevə-sevə dinlədiyim musiqiçi ilə evləndim" deyə, Nərgiz videoda deyib.

Qeyd edək ki, Miri Yusifin ailəsi hazırda İzmirdə yaşayır. Cütlüyün 3 övladı var.