-
- Bu gün, 02:00
- 221
Məşhur solistin ölümünə görə hotel işçisi saxlanıldı
Argentina hüquq-mühafizə orqanları ötən ilin oktyabrında hotelin eyvanından yıxılaraq ölən "One Direction" qrupunun solisti Liam Paynenin ölümünə görə daha bir nəfər saxlanılıb.
News24.az xəbər verir ki, bu barədə “Infobae” internet portalı məlumat yayıb.
Məlumata görə, Liam Payenin öldüyü hotelin əməkdaşı saxlanılıb. David Ezequiel Pereira özü hüquq-mühafizə orqanlarına təslim olub. O, musiqiçini öldüyü gün onu narkotiklə təmin etməkdə ittiham olunub.
Məhkəmə prosesi başa çatana qədər hotel əməkdaşı barəsində həbs-qətimkan tədbiri seçilib.
İş üzrə ümumilikdə beş təqsirləndirilən şəxs var. İki hotel işçisi və müğənninin nümayəndəsi qəsdən adam öldürmədə ittiham olunur. Müstəntiqlərin fikrincə, onlar Peynin həssas vəziyyətdə olduğunu bilə-bilə onu xilas etmək üçün tədbir görməyiblər.
31 yaşlı Peyn oktyabrın 16-da Buenos-Ayresdəki hoteldə ölü tapılıb.//teleqraf