-
- Dünən, 23:16
- 254
Marsda "toz iblislərinin rəqsi": NASA-dan heyrətamiz kadr
NASA (Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi) Marsın səthinin heyrətamiz yeni şəklini dərc edib.
News24.az verdiyi məlumata görə, şəkildə Qırmızı planetdə fırlanan nəhəng burulğanlar - "toz iblisləri"nin fasiləsiz fəaliyyəti əks olunub.
Qeyd edək ki, Yerdəki tornadoları xatırladan "toz iblisləri" Qırmızı planetdə ən maraqlı atmosfer hadisələrindən biridir. Bu burulğanlar Mars səthi qızanda əmələ gəlir; İsti hava sürətlə yuxarı qalxaraq toz hissəciklərini özü ilə aparır.
"Toz iblisləri"nin ölçüləri kiçik zərərsiz burulğanlardan saatlarla davam edən kilometrlə ölçülən nəhəng sütunlara qədər dəyişir.
Heyrətamiz kadr Mars orbitində olan "Mars Reconnaissance Orbiter" kosmik gəmisində quraşdırılmış "HiRISE" kamerası ilə çəkilib.
Şəkildə "toz iblislərinin" Mars landşaftında qoyduğu izlər aydın görünür.
Qeyd olunur ki, Marsın atmosferi seyrək olsa da (sıxlığı Yer atmosferinin cəmi 1%-ni təşkil edir), son dərəcə dinamikdir.
Alimlər Mars səthində tozun toplanma sürətini və hərəkət trayektoriyalarını öyrənirlər ki, bu da onlara Qırmızı planetdəki atmosfer proseslərini daha yaxşı başa düşməyə kömək edir.\\oxu.az