İtaliyanın keçmiş baş naziri yenidən xəstəxanaya yerləşdirildi
    • 5-04-2023, 16:26
    • 221

İtaliyanın keçmiş baş naziri yenidən xəstəxanaya yerləşdirildi

İtaliyanın keçmiş baş naziri 87 yaşlı Silvio Berluskoni Milanda xəstəxanaya yerləşdirilib.

News24.az
xəbər verir ki, bu barədə ölkənin yerli mediası məlumat yayıb.

O, ürək-damar problemlərinə görə bu səhər Milanda "San Raffaele" xəstəxanasına aparılıb.

ANSA agentliyi keçmiş baş nazirin vəziyyətinin stabil olduğunu yazıb.

Qeyd edək ki, Silvio Berluskoni 1986-2016-cı illərdə "Milan"ın sahibi olub. O, 2018-ci ildə "Montsa"nı alıb, komanda hazırda A Seriyasında çıxış edir.