Orucunu açan türk futbolçunu ələ saldı - VİDEO
    • 6-04-2023, 10:34
    • 355

Orucunu açan türk futbolçunu ələ saldı - VİDEO

Türkiyə millisinin şərəfini qoruyan Orkun Kökçünün çıxış etdiyi “Feyenord” və “Ayaks” Hollandiya kubokunun yarımfinalında üz-üzə gəliblər. 

News24.az xəbər verir ki, Orkun Kökçü ilə Tadiç arasında gərginlik yaşanan matç “Ayaks”ın 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 61-ci dəqiqəsində Orkun Kökçü ilə serbiyalı hücumçu Tadiç arasında gərgin anlar yaşanıb.

Tadiç Orkunu yerə yıxdıqdan sonra vəziyyət alovlanıb. Futbolçular burun-buruna gəldikdən sonra Tadiçin əli ilə ağzını və yeri işarə etməsi xoş qarşılanmayıb. Bu hərəkətdən sonra komanda yoldaşları Orkun Kökçünü sakitləşdirməkdə çətinlik çəkiblər. Tadiç bu hərəkətlə Orkun Kökçünün stadionda iftarını açmasını məsxərəyə qoyub.


Xatırladaq ki, Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərə və bu zəlzələdən təsirlənənlərə dəstək üçün komandaların kapitanları xüsusi sarğı taxmışdılar. Tadiç bu sarğını taxmaqdan imtina etdiyi üçün  əvvəlki qarşılaşmada Orkun Kökçü serb futbolçunun əlini sıxmayıb.