Goranboyda iki maşın toqquşdu, 4 nəfər xəsarət aldı
    • 6-04-2023, 11:16
    • 196

Goranboyda iki maşın toqquşdu, 4 nəfər xəsarət aldı

DİN Goranboyda 4 nəfərin xəsarət aldığı yol qəzası barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov News24.az-a bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayon ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi və 4 nəfərin xəsarət alması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə müvafiq araşdırmalar aparıb, nəqliyyatın hərəkəti bərpa olunub. İlkin araşdırmalar nəticəsində "VAZ" markalı avtomobilin aşması nəticəsində 4 nəfərin xəsarət alması müəyyən edilib.

Sürücü ilkin ifadəsində yol ayrıcın digər avtomobilin çıxdığını, ona görə idarəetməni itirərək avtomobili aşırdığını bildirib.

Hazırda müvafiq ekspertiza təyin olunub, araşdırma gedir.

Qeyd olunub ki, xəsarət alanlardan 3-ü ambulator müalicə üçün evə buraxılıb.