Xocalıda yük avtomobili su arxına aşıb, xəsarət alan var - FOTO
    • 4-03-2023, 10:39
    • 236

Xocalıda yük avtomobili su arxına aşıb, xəsarət alan var - FOTO

Xocalı Rayon Polis Şöbəsinə rayonun Çanaqçı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

Bu barədə News24.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Bərdə rayon sakini Seymur Vəliyev idarə etdiyi "Shacman" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarındakı su arxına aşıb. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücüyə ilkin tibbi yardım göstərilərək xəstəxanaya göndərilib. Faktla bağlı araşdırmalar davam etdirilir, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.