Uitni Hyustonla eyni səhnəni bölüşmədiyi üçün sonradan peşman oldu
    • 7-02-2019, 16:15
    • 870

Uitni Hyustonla eyni səhnəni bölüşmədiyi üçün sonradan peşman oldu

Rusiyanın əməkdar artisti Dima Bilan bir neçə il əvvəl Amerikanın mərhum pop-divası Uitni Hyustonla eyni səhnəni bölüşmədiyi üçün peşmançılığını dilə gətirib.

2009-cu ilin dekabr ayında Hyustonun sonuncu dəfə Rusiya səfəri zamanı konsert verdiyi "Olimpiyskiy"də səhnəni Dima Bilanla bölüşəcəkmiş. Dima həmin vaxtı belə xatırlayır:

"Həmin vaxt mənim başım bərk qastrol səfərlərinə qarşıq idi. Mən sadəcə təşkilatçılardan xahiş etdim ki, konsert ərəfəsində Uitni ilə şəxsən görüşüb, xeyir-dua almağım üçün mənə şərait yaratsınlar. Ancaq təşkilatçılar mənim bu istəyimi yerinə yetirmədilər. Mən də buna görə acıq edib, Uitni ilə eyni səhnəni bölüşməkdən imtina etdim. Çünki hissə qapılıb, təşkilatçılara acıq etmişdim. Lakin o vaxtdan bu yana özümü bağışlaya bilmirəm və bu ağrı ömür boyu mənimlədir"!

News24.Az