Demet Akalın Bakı konsertində hansı yerli məşhurla eyni səhnəni bölüşəcək?
    • 15-09-2018, 20:30
    • 1 521

Demet Akalın Bakı konsertində hansı yerli məşhurla eyni səhnəni bölüşəcək?

Xəbər verdiyimiz kimi, “ModaOl” şirkətinin təşkilatçılığı ilə 29 sentyabr Bakı Konqres Mərkəzində türkiyəli məşhur müğənni Demet Akalın və bir neçə gün öncə boşandığı həyat yoldaşı Okan Kurtla konsert verəcək.  

News24.az xəbər verir ki, konsertlə bağlı dəyişiklik baş verib. Belə ki, ifaçının keçmiş həyat yoldaşının küllü miqdarda borcu olduğu üçün ölkədən çıxışına qadağa qoyulub. Buna görə də O.Kurt Bakıya gələ bilməyəcək.

“ModaOl” şirkətinin rəhbərliyindən verilən məlumata görə Demet Akalınla eyni səhnəni bölüşəcək müğənni hər kəsin Rauf -40 kimi tanıdığı ifaçı Rauf Əhmədov olacaq.

Teymur Məmmədov