-
- 6-04-2023, 18:31
- 272
İran Müəllimlər Birliyinin sözçüsü həbs olundu - FOTO
İran Müəllimlər Birliyinin sözçüsü, ictimai fəal və müəllim Məhəmməd Həbibi döyülərək həbs edilib.
News24.az xəbər verir ki, bu barədə "Azad İran” "Telegram” kanalı xəbər verib.
Bununla bağlı onun xanımı Xədicə Pakzəmir məlumat yayıb. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri məktəbə hücum edərək Məhəmməd Həbibini qandallayıb və Tehranın Evin zindanına aparıblar.
Qeyd edək ki, son aylar müəllimlər və təhsil işçilərinin etiraz aksiyalarının genişlənməsi ilə İran hökumətinin təzyiqləri də artıb. Təhlükəsizlik orqanları etirazların qarşısını almaq və müəllimləri susdurmaq üçün çox sayda insana qondarma ittihamlar irəli sürərək onları basqı altında saxlamağa çalışırlar.