Pentaqonun Ukraynadakı münaqişə ilə bağlı məxfi məlumatları internetə sızdı
    • 7-04-2023, 09:10
    • 222

Pentaqonun Ukraynadakı münaqişə ilə bağlı məxfi məlumatları internetə sızdı

Pentaqon Ukrayna münaqişəsi ilə bağlı məxfi materialların sosial şəbəkəyə sızması faktını araşdırır.

News24.az xəbər verir ki, sənədlərin sosial şəbəkəyə mart ayının əvvəli sızdığı bildirilir.

Sənədlərdə Ukrayna ordusunun vəziyyəti, həmçinin NATO və Vaşinqtonun Ukrayna Silahlı Qüvvələrini gücləndirmək planları qeyd edilib.

Hazırda ABŞ Müdafiə Nazirliyi sənədləri sosial şəbəkələrdən silmək üçün mümkün olan hər şeyi etməyə çalışır. Lakin Pentaqonun işi hələlik heç bir nəticə verməyib. /New York Times/