Baydenin yeni məxfi sənədləri üzə çıxdı
    • 12-01-2023, 15:37
    • 195

Baydenin yeni məxfi sənədləri üzə çıxdı

ABŞ prezidenti Co Baydenə məxsus ikinci ofisdə Baydenin vitse-prezidentliyinə aid məxfi sənədlər tapılıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumatı ABŞ mediası yayıb. Onlar bildiriblər ki, bu dəfə məxfi sənədlər başqa ofisdə tapılıb.

Ağ ev isə bununla bağlı heç bir açıqlama verməyib. 

Qeyd edək ki, bundan öncə yayılan 10 məxfi sənəd arasında Ukrayna, İran və Böyük Britaniyaya aid məlumatlar əks olunmuşdu.

Qumral Əliyeva