ABŞ ordusu Pentaqonun serverindən məlumat sızmasını araşdırır
    • 22-02-2023, 08:46
    • 202

ABŞ ordusu Pentaqonun serverindən məlumat sızmasını araşdırır

Pentaqonun bulud xidmətindən bəzi məlumatlar sızmış ola bilər.

News24.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Hazırda anbardan məlumat sızması ilə bağlı yoxlamalar ABŞ Ordusunun Xüsusi Əməliyyatlar Komandanlığı tərəfindən aparılır. 

“Hazırda təsdiq edə biləcəyimiz yeganə məlumat ondan ibarətdir ki, heç bir informasiya sistemi sındırılmayıb”, - deyə təşkilatın nümayəndəsi Ken Makqrou bildirib. 

Teymur MƏMMƏDOV