-
- 31-08-2018, 13:36
- 1 121
Pentaqon UNO-nun görüntülərini paylaşdı - TARİXDƏ İLK
ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) “Naməlum bir cisim” (UNO) kodu ilə bir video yayımlayıb.
Pentaqon bu video ilə bir ilkə imza atıb.
Çünki ABŞ rəsmi olaraq ilk dəfə belə bir görüntü yayımlayıb. Videodan sonra media dərhal hərəkətə keçib və Pentaqonun əslində uzun müddətdir gizli UNO (Uçan Naməlum Obyekt) proqramı ilə məşğul olduğunu ortaya qoyub. ABŞ mediası Pentaqonun sadəcə UNO-ları deyil, həm də görünməz varlıqları və qəribə məxluqları da araşdırdığını iddia edib.
Bu bilginin qaynağı olaraq Pentaqonun əməkdaşlıq etdiyi şirkətlərdən birinin keçmiş mühəndisinin etirafları göstərilib. Həmin mühəndis paranormal hadisələrin 1900-cı ildən bəri araşdırıldığını, hətta UNO-larla bağlı bu günə qədər kifayət qədər dəlil olduğunu bildirib. Daha bir iddiaya görə isə, bütün bu araşdırmalar Hollivud filmlərində çəkilən məşhur fermanın yaxınlığında aparılır. Böyük ərazini əhatə edən fermadan heyvanların anidən xəsarət aldığı və bölgədə sıx şəkildə UNO-ların göründüyü xəbərləri gəlir.
Pentaqonun bu araşdırmanı uzun müddət davam etdirəcəyi bildirilir.