Dünyanın ən isti mart ayı bu il oldu
    • 7-04-2023, 10:47
    • 209

Dünyanın ən isti mart ayı bu il oldu

Qlobal temperatur yüksəlməkdə davam edir. 2023-cü ilin mart ayı tarixdə ikinci ən isti mart kimi qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidməti açıqlama verib.

Hesabata görə, tarixdə ən isti mart 2016-cı ildə olmuşdu. Ötən ay havanın temperaturu Cənubi və Mərkəzi Avropada orta səviyyədən yüksək olub.

Şimali Afrikanın çox hissəsi, Rusiyanın cənub-qərbi, Asiya, Şimali Amerikanın şimal-şərqi, Argentina, Avstraliya və Antarktika sahilləri də mart ayında orta səviyyədən çox isti olub. İstisna olaraq, qərb və mərkəzi Şimali Amerikada keçən ay normaldan daha soyuq hava qeydə alınıb.