2022-ci il dünyada beşinci, Avropada isə ikinci ən isti il oldu
    • 11-01-2023, 10:56
    • 207

2022-ci il dünyada beşinci, Avropada isə ikinci ən isti il oldu

2022-ci il dünyada beşinci, Avropada isə ikinci ən isti il olub.

News24.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, 2022-ci ildə bir çox temperatur rekordları qeydə alınıb, istixana qazlarının konsentrasiyaları artıb.

Ötən il orta illik temperatur 1991-2020-ci illərin istinad dövründən 0,3 dərəcə yüksək olub. 1850-1900-cü illərlə müqayisədə temperatur 1,2 dərəcə artıb.

Atmosferdə karbon qazının konsentrasiyası son illərdə olduğu kimi 2,1 ppm artıb. Avropa qitəsi isə 2022-ci ildə özünün rekord ən isti ikinci ilini yaşayıb. Ən isti il 2020-ci il olub.

Mövsümi ölçmələrə görə, Avropa qitəsi 2022-ci ildə ən isti yayı və üçüncü ən isti payızı görüb.