68 yaşlı aktrisa ölən oğlundan uşaq sahibi oldu - FOTO
    • 7-04-2023, 12:42
    • 128

68 yaşlı aktrisa ölən oğlundan uşaq sahibi oldu - FOTO

İspaniya ölkənin ən məşhur televiziya ulduzlarından biri olan Ana Obreqonu müzakirə edir.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, 68 yaşlı məşhurun ABŞ-da surroqat ana köməkliyi ilə övlad sahibi olduğu açıqlanıb. Bu vəziyyətin surroqat analığın qadağan olunduğu İspaniyada böhran yaratdığı ortaya çıxıb. 

İspaniya hökumətinin rəsmiləri Obreqonun bu qərarına reaksiya verərkən, yeni bir açıqlama edilib. 

Obreqon etiraf edib ki, onun surroqat vasitəsilə dünyaya gətirdiyi uşaq əslində onun nəvəsidir.

“Dünyaya uşaq gətirmək Alessin son arzusu idi. Bu mənim qızım deyil, mənim nəvəmdir. Bu Alessin qızıdır. Mən həqiqətin bilinməsini istəyirəm, çünki gizlədəcək heç nəyim yoxdur. Bu, qürur və möcüzədir” - deyə Ana Obreqon bildirib.

Obregon deyib ki, Ana Sandra Lequio qanuni olaraq yeni doğulan körpənin anasıdır: "Biz surroqat analıq prosesinə Alessionun öldüyü gün başladıq. O vaxtdan bəri mən Alessin qızını dünyaya gətirməyi hət gün arzu etmişən. Alessio ölümündən öncə sperma bankına nümunə vermişdi".