"Surroqat analıq və sperm donorluğu TÜRKPA-nın model qanununa salına bilər"
    • 6-03-2023, 12:24
    • 226

"Surroqat analıq və sperm donorluğu TÜRKPA-nın model qanununa salına bilər"

Surroqat analıq və sperm donorluğu ilə bağlı məsələ gələcəkdə "Reproduktiv sağlamlığın qorunması haqqında” model qanuna salına bilər.

News24.az xəbər verir ki, bunu Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri, Milli Məclisin üzvü Əhliman Əmiraslanov TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclasında "Reproduktiv sağlamlığın qorunması haqqında” model qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, TÜRKPA-ya üzv ölkələr arasında sperm donorluğu və surroqat analıq məsələsi çox həssas olduğundan bunlar qanun layihəsində əks olunmayıb.

"Bizdə də cəmiyyət hələ buna hazır deyil. Hesab edirəm ki, cəmiyyətimiz buna hazır olanda məsələyə qayıda bilərik".