Bakıda yol kənarında dəhşətli mənzərə - Asılmış meyit tapıldı
    • 7-04-2023, 13:41
    • 510

Bakıda yol kənarında dəhşətli mənzərə - Asılmış meyit tapıldı

Bakıda yol kənarından asılmış meyit tapılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsi Bahar yaşayış massivində baş verib.

Aprelin 6-da saat 08 radələrində yerli sakinlər yolun kənarındakı işıq dirəyində kişi meyitinin asılı vəziyyətdə qaldığını görüblər.

Dərhal hadisə barədə aidiyyəti qurumları məlumat verilib.

Məlum olub ki, meyiti tapılan şəxs 1966-cı il təvəllüdlü Ramiz Sabir oğlu Əliyevdir.

Onun intihar edərək həyatına son qoyması bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Taleh BAĞIROV