Bakıda uşaq bağçasının həyətində DƏHŞƏTLİ HADİSƏ – Asılmış meyit tapıldı
    • 5-01-2023, 15:40
    • 263

Bakıda uşaq bağçasının həyətində DƏHŞƏTLİ HADİSƏ – Asılmış meyit tapıldı

Bakıda uşaq bağçalarından birinin həyətində asılmış vəziyyətdə olan meyit tapılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Nizami rayonu Nəsimi küçəsində yerləşən 59 saylı uşaq bağçasının həyətində baş verib. Səhər saatlarında bağçanın həyətindəki ağaclardan birindən asılı vəziyyətdə qalmış gənc oğlanın meyiti aşkar edilib və dərhal prokurorluğa bu barədə məlumat verilib.

İlkin araşdırmalar nəticəsində ölən şəxsin Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Qurban Muradov olması müəyyən edilib. 24 yaşlı gəncin hansı səbəbdən həyatına qəsd etməsi məlum deyil.

Taleh BAĞIROV