-
- 7-04-2023, 18:25
- 553
Daha bir müxalif partiyadan Ərdoğana dəstək
Türkiyənin müxalif Demokratik Sol Partiyası (DSP) prezident seçkilərində hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək.
News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu DSP sədri Önder Aksakal bildirib.
“Biz mayın 14-də baş tutacaq prezident seçkilərində AK Partinin siyahısında olacağıq”, - deyə Aksakal söyləyib.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Dövlət başçısı postu uğrunda “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğan mübarizə aparacaq.