ABŞ “Microsoft”u cərimələdi
    • 7-04-2023, 01:20
    • 110

ABŞ “Microsoft”u cərimələdi

ABŞ texnologiya şirkəti “Microsoft”u cərimələyib.

Bu haqda ABŞ Ticarət Departamenti açıqlama yayıb.

Şirkətin ABŞ-nin ixrac nəzarətini və sanksiyalarını pozması əsası ilə aparılan təhqiqatda güzəştə gedəcəyi və cərimə ödəyəcəyi bildirilib.

Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosu (BIS) və ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) “Microsoft”u ümumilikdə 3,3 milyon dollar cərimələyib./Qafqazinfo/