Ukrayna iyulun 1-dək Polşaya taxıl tədarük etməyəcək
    • 7-04-2023, 22:00
    • 248

Ukrayna iyulun 1-dək Polşaya taxıl tədarük etməyəcək

Ukrayna iyulun 1-dək Polşaya taxıl tədarük etməyəcək.

Bunu Ukraynanın aqrar siyasət naziri Nikola Solski polşalı həmkarı Robert Telyus ilə iki ölkə sərhədindəki Dorohusk-Yaqodin keçid məntəqəsində baş tutan görüşdən sonra deyib.

"Ukrayna tərəfi yeni mövsümə qədər ixracdan imtina edəcək. Dünyada vəziyyətin necə inkişaf etməsindən asılı olaraq, biz növbəti birgə fəaliyyətləri müzakirə etmək üçün yenidən görüşəcəyik", - Solski bildirib.

R.Telyus qeyd edib ki, söhbət buğda, qarğıdalı və günəbaxanın idxalının dayandırılmasından gedir. Bununla belə, Ukrayna taxılının Polşadan keçməklə üçüncü ölkələrə tranziti davam edəcək./Report/