İsmayıllıda 24 yaşlı oğlan intihar etdi
    • 8-04-2023, 17:42
    • 322

İsmayıllıda 24 yaşlı oğlan intihar etdi

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

Hadisə bu gün saat 16:00 radələrində rayonun Talıstan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1999-cu il təvəllüdlü Musayev Məhəmməd Mütəllim oğlu yaşadığı evdə ov tüfəngindən özünə atəş açıb. Baş nahiyəsindən güllə yarası alan Məhəmməd Musayev hadisə yerində dünyasını dəyişib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. 24 yaşlı oğlanın özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. /APA/