ABŞ-də tələbələrdən öz nekroloqlarını yazmağı tələb edən müəllim QOVULDU
    • 10-04-2023, 11:08
    • 153

ABŞ-də tələbələrdən öz nekroloqlarını yazmağı tələb edən müəllim QOVULDU

ABŞ-də müəllim tələbələrdən öz nekroloqlarını yazmağı tələb etdikdən sonra işdən qovulub.

News24.az xəbər verir ki, “NBC News” məlumat yayıb.

Bildirilir ki, mövzu ilə bağlı açıqlama verən müəllim Jeffrey Keene sözügedən təcrübədən peşman olmadığını bildirib.

O, bu addımı “tələbələri qorxutmaq və ya öləcəklərini hiss etdirmək üçün deyil, sadəcə onların həyatlarında nəyin vacib olduğunu anlamaq üçün” atdığını deyib.