Nazpəri nəvəsi ilə görüşə bilmir
    • 10-04-2023, 11:43
    • 913

Nazpəri nəvəsi ilə görüşə bilmir

Xalq artisti Nazpəri Dostəliyeva dünyasını dəyişən oğlu Əlinin övladı Tamerlanla görüşmədiyini deyib. 

News24.az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Günaydın, Azərbaycan" verilişində danışıb. O bildirib ki, nəvəsi anası ilə birlikdə Rusiyada yaşayır:

"Telefonla danışırıq, görüşə bilmirəm. Rusiyaya gedəndə, əlbəttə, görüşəcəyəm. Yayda burada idi. Hər dəfə məni görəndə, ata haradadır deyəndə, özümdən gedirəm. Hər şeyi örtülü saxlayanda, hərə bir fikir deyir. Uşağın o sözü mənə hər şeydən ağırdır. Tamerlan mənə ana deyir. Deyəndə ki, ana, ata haradadır? Onda uşaqdan qaçdım, bir müddət uzaqlaşdım".

Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli 2021-ci ildə 41 yaşında ürək çatışmazlığından vəfat edib. O, həyat yoldaşından bir neçə il əvvəl ayrılmışdı.