Yeni evlənən oğlan qayınatasının evində zəhərlənib öldü
    • 10-04-2023, 13:10
    • 238

Yeni evlənən oğlan qayınatasının evində zəhərlənib öldü

Bakıda qayınatasının evində zəhərlənən 27 yaşlı oğlan ölüb.

News24.az-ın əldə etdiyi məlumata görə, martın 22-də Naftalan rayon sakini, 1996-cı il təvəllüdlü Ceyhun Knyaz oğlu Quliyev Ramana qəsəbəsi Şuşa şəhərciyində qayınatasına məxsus evdə yeməkdən zəhərlənib. Xəstəxanaya yerləşdirilən gənc oğlan ötən gün vəfat edib.

Hadisə ilə bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır. Qayınatasının evində zəhərlənərək ölən Ceyhunun yeni ailə həyatı qudruğu bildirilir.

Taleh BAĞIROV