Bakıda dəhşətli hadisə: Üstünə benzin töküb özünü yandırdı
    • 24-02-2023, 12:32
    • 168

Bakıda dəhşətli hadisə: Üstünə benzin töküb özünü yandırdı

Bakı şəhərinin Sabunçu rayonu Maştağa qəsəbəsində intihar hadisəsi baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, dünən qəsəbənin Nizami küçəsində 1995-ci il təvəllüdlü Mahir Hüseynqulu oğlu Sadıqov üzərinə benzin tökərək özünə od vurub.

Ətrafdakı insanlar onu söndürərək xəstəxanaya çatdırıblar. Lakin 28 yaşlı oğlan az sonra vəfat edib. Faktla bağlı Sabunçu rayon prokurorluğun tərəfindən araşdırma aparılır.

İntiharın səbəbi hələlik məlum deyil.

Taleh BAĞIROV