Məşhur futbolçunun cəsədi tapıldı
    • 8-02-2019, 14:09
    • 943

Məşhur futbolçunun cəsədi tapıldı

Təyyarə qəzası zaman dünyası dəyişən və bir müddətdir cəsədi tapılmayan futbolçu Emiliano Sala haqda xəbər var. 

News24.az xəbər verir ki, Dorset qraflığının polisi qəzaya uğramış təyyarənin qalıqlarının çıxarıldığını və argentinalı futbolçu, Uelsin"Kardiff Siti" klubunun futbolçusu Emiliano Salanın cəsədinin Britaniyanın Portlend limanına çatdırıldığını bildirib.

Portlend limana çatdırılan cəsədin peşəkar futbolçu Emiliano Salanın meyiti olması rəsmi şəkildə müəyyən edilib.

Faciənin başvermə şəraitinin araşdırılması davam edəcək.

Teymur MƏMMƏDOV