Azərpaşa Nemətovla vida mərasimi keçirilir - FOTOLAR
    • 10-04-2023, 13:10
    • 247

Azərpaşa Nemətovla vida mərasimi keçirilir - FOTOLAR

Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətovla vida mərasimi keçirilir. 

News24.az xəbər verir ki, Xalq artisti ilə vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilir.

Mərasimdə mərhumun sənət dostları, qohumları və yaxınları iştirak edirlər.

Qeyd edək ki, A.Nemətov II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qumral ƏLİYEVA
Nicat NİFTƏLİYEV