Təyyarədə dava düşdü
    • 10-04-2023, 13:44
    • 117

Təyyarədə dava düşdü

Yeni Dehlidən Londona uçan “Air India”-ya məxsus  “Boeing 737”  təyyarəsində sərnişinlə bələdçi arasında dava düşüb.

News24.az xəbər verir ki, üç saatlıq uçuşdan sonra sərnişin ekipaj üzvləri ilə dava edib və onlardan ikisini döyərək yerə yıxıb.

Baş verən insidentə görə təyyarə havaya qalxdığı "Yeni Dehl" hava limanına geri dönüb. 


Sərnişin polisə təhvil verilib və haqqında şikayət ərizəsi yazılıb. /The Times of India/