-
- 22-11-2019, 10:09
- 1 110
Təyyarə havada alovlandı - DƏHŞƏTLİ ANIN VİDEOSU
Filippin Hava Yollarına məxsus "Boeing 777" təyyarəsinin mühərrikində havaya qalxdıqdan sonra yanğın baş verib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, buna görə təyyarə Los-Anceles hava limanına qayıtmaq məcburiyyətində qalıb. 113 saylı reys 347 sərnişinlə Manilaya uçuş həyata keçirməli olub. O, noyabrın 21-də yerli vaxtla saat 11:00-daLos-Anceles Beynəlxalq Hava Limanından uçub.
Sərnişinin sözlərinə görə, uçuşdan sonra salonda dörd güclü zərbə eşidilib və sağ mühərrik partlayaraqı alova qərq olub. Buna görə bəzi sərnişinlər qışqırmağa başlayıblar.
Təyyarənin havaya qalxmasından təxminən bir saat sonra təyyarə hava limanına geri dönüb. Hava limanı nümayəndəsinin sözlərinə görə, mühərrikin alovlanması mexaniki nasazlıq səbəbindən baş verib. Hadisə zamanı xəsarət alan olmayıb.