“Gənclik”dəki tuneldə lüks BMW aşdı – VİDEO
    • 10-04-2023, 14:00
    • 232

“Gənclik”dəki tuneldə lüks BMW aşdı – VİDEO

Bu gecə Bakının mərkəzində bahalı avtomobil qəza törədib.

News24.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində - Bakı Metropoliteninin “Gənclik” stansiyasının qarşısındakı tuneldə baş verib. Sürətlə hərəkət edən BMW sürücünün idarəetməsindən çıxaraq divara çırpılıb və aşıb.

Hadisə yerindən keçən şəxslərin köməkliyi ilə aşan avtomobili çevirmək mümkün olub. 

Hadisə zamanı nəqliyyat vasitəsi yararsız hala düşüb. Ərazidən çəkilən görüntüləri təqdim edirik:

Taleh BAĞIROV