Bakı-Qazax yolunda "Lexus" aşdı -VİDEO
    • 8-11-2022, 13:06
    • 264

Bakı-Qazax yolunda "Lexus" aşdı -VİDEO

Ötən gün Bakı-Ələt-Qazax magistral yolunda avtomobil aşıb.

News24.az xəbər verir ki, magistral yolun Kürdəmir rayonundan keçən hissəsində bahalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Hadisəni görən ətrafdakı vətəndaşlar və yoldan keçən insanlar qəzaya düşən avtomobildəkilərə kömək etməyə çalışıb.

Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb, xoşbəxtlikdən ölüm və ya ağır xəsarət qeydə alınmayıb.

Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik: