Minarə Fərzəliyeva mərkəz direktoru təyin edildi
    • 10-04-2023, 15:18
    • 185

Minarə Fərzəliyeva mərkəz direktoru təyin edildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzində yeni təyinat olub.

News24.az xəbər verir ki, bu barədə İdarənin müdiri müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Minarə Fərzəliyeva mərkəzin direktoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, M.Fərzəliyeva bu təyinata qədər Təhsildə Keyfiyyət Təminatı Agentliyində baş inspektor vəzifəsində çalışıb.