Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin edildi
    • 28-12-2018, 16:21
    • 1 191

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin edildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müdir təyin edilib.

Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, bu vəzifəyə Rəşad Tağıyev təyinat alıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədovməlumatı saytımıza təsdiq edib.

Qeyd edək ki, Rəşad Tağıyev 2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə idarənin müdir müavini vəzifələrində çalışıb. Ailəlidir, iki övladı var.

//OxuAz