Şəmkirdə avtomobil kanala aşıb, sürücü öldü
    • 9-04-2022, 15:16
    • 321

Şəmkirdə avtomobil kanala aşıb, sürücü öldü

Şəmkirdə idarəetməni itirən sürücü avtomobili kanala aşırıb.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb.

Kənd sakini Vüqar İsmayılov qəfildən sükana nəzarəti itirərək “Chery” markalı avtomobili kanala aşırıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.