-
- 8-02-2019, 15:43
- 3 720
Ətək geyinən kişilər - FOTO
Buna inanmaq çətin olsa da kişilər qadınlardan qabaq ətək geyinməyə başlayıblar.
Hətta keçmişdə ətək kişi geyiminin simvolu da sayılırmış. Bu gün isə tam əksinədir, kişinin ətək geyinməsi absurd hesab edilir. Buna baxmayaraq, müəyyən ölkələr var ki, hələ də kişiləri ətək geyinmək ənənəsini davam etdirir. Bu yazıda kişilərinin rahat şəkildə ətək geyindiyi 8 ölkənin adını açıqlayacağıq. Ən maraqlısı, həmin ölkələrdə sözügedən geyimin xüsusi adları var.
Şotlandiyada kilt: Şotlandiya kişilərin rahat ətək geyindiyi ən məşhur ölkədir. Adətən Edinburq və Qlazkoda daha çox ətək geyinən kişilərə rast gəlmək mümkündür. Ancaq qeyd edək ki, oranın kişiləri kilt adlanan bu milli geyimi daha çox dövlət səviyyəsində olan xüsusi mərasimlərdə və toylarda geyinirlər.
Ərəbistanda ihram: Bu, kişilərin xüsusilə Məkkədə həcc ziyarəti zamanı geyindikləri geyimdir. İhram ağ parçadan və iki hissədən ibarətdir: izar adlanan hissəni qurşağa dolayırlar, rida adlanan hissəni isə çiynə atırlar. Bu simvolik geyim hər kəsin Allah qarşısında bərabər olduğunun nümunəsidir. Doğrudan da müqəddəs həcc ziyarəti zamanı ihram geyimində kiminsə varlı və kasıb olması bilinmir.
Fici adalarında sulu: Ficidə kişilər ətək geyinməyə 2 əsr əvvəl ingilislərin koloniya sistemi tədbiq etməsindən sonra başlayıblar. O vaxta qədər isə bu cənnət adasının sakinləri Adəm və Həvva kimi geyimsiz gəzirdilər. İlk dəfə sulunu xristianlar geyinməyə başlayıblar. Daha sonra isə adanın sakinlərinə də tədbiq ediblər. O vaxtdan onu geyinmək mütləq sayılıb. Hətta hərbiçilər, polislər və məktəblilər də bura daxildirlər. Eleqant ətək sayılan sulunu rəsmi tədbirlərdə və dövlət qurumlarında geyinirlər.
Yunanıstanda fustanella: Ətəkdə olan prezident qvardiyasının şəklini çəkmək Afinada demək olar ki, turistlərin ən sevdiyi məşğuliyyətdir. Artıq neçə əsrdir ki, Yunanıstanda fustanella əvəzedilməz hərbi geyim salınır. O yetərincə çətin quruluşdadır: iki təbəqə və 400 qatdan ibarətdir. Qatların sayı yunanların Osmanlı imperiyasının əsarətində olduqları illərin sayını simvolizə edir. Nizamnaməyə görə fustanellanı qvardiyaçıların özləri ütüləyirlər.
Tibetdə kaşaya: Bu buddistlərin ənənəvi geyimi sayılır. Kaşaya əsasən qəhvəyi, narıncı və sarı rəngdə olur.
Birmada pasxou: Birmada kişilər daha çox pasxou geyinməyə üstünlük verirlər. Bu uzun parçadan ibarət geyimi belə dolayıb, ətəyinin ucunu isə qarın nahiyəsinə keçirirlər. Pasxou ancaq təmiz pambıqdan hazırlanır. Buna görə də isti yay günlərində onu geyinmək narahatçılıq deyil, komfort verir. Bundan başqa, pasxounu asanlıqla şortikə də çevirmək olur. Bunun üçün ətəyin uzun hissəsini ayaqların arasından keçirib, qarın tərəfə bərkitmək lazımdır.
Mərakeşdə cellaba: Cellaba başlıqdan ibarət uzun xalat görkəmindədir. Mərakeşdə bu geyimi kişilərlə yanaşı, qadınlar da geyinir. Pambıq və yundan ibarət cellaba mərakeşliləri istidən, soyuqdan, küləkdən və qumdan qoruyur. Yerli sakinlər geyimin başlığını çanta əvəzi də istifadə edirlər. Mərakeşlilər cellabanın rənginə əhəmiyyət verirlər. Məsələn, ağ cellabanı yalnız təntənəli tədbirlərdə geyinirlər. Qəhvəyi rəngdə cellabanı isə subay kişilər geyinməyə üstünlük verirlər.
Butanda qho: Xalat görkəmində olan bu milli geyim ancaq kişilərə aiddir. Ənənəyə görə qho ipək şərf və dizə qədər corabla geyinilir. Dövlət hakimiyyəti tələb edir ki, qhonu dövlət qurumlarında çalışan bütün kişilər, eləcə də məktəbli oğlanlar mütləq geyinməlidirlər. Bu milli geyimin bütün dövlət tədbirlərində də geyinilməsi vacib buyurulub.
Oxuculara təəccüblü gələ bilər. Amma hər ölkənin öz adəti var: hansındasa ətək geyinmək kişi işi, hansındasa...
Azər NƏSİBOV