“Şəhərdə mini geyinən görəndə qucaqlayıb buraxıram”
    • 30-08-2019, 11:52
    • 1 774

“Şəhərdə mini geyinən görəndə qucaqlayıb buraxıram”

Bakıda 30-a yaxın qadını küçədə qucaqlayaraq onlara qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Rauf Süleymanovun məhkəməsi başlayır.

R.Süleymanov barəsində 2018-ci ilin sentyabrında başlanan cinayət işinin istintaqı artıq yekunlaşıb. İş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesinə hakim Əhməd Quliyevin sədrliyi ilə aparılacaq.

R.Süleymanov qeyd edilən tarixdə Xətai rayonunda səhər saatlarında yetkinlik yaşına çatmayan bir qıza qarşı seksual xarakterli hərəkətlər etdiyi üçün saxlanılıb. O‚ ifadəsi zamanı bu hərəkəti dəfələrlə törətdiyini etiraf edib. R.Süleymanov ilkin ifadəsində bildirib ki‚ 20-dən çox qadına hücum edib: “Şəhərdə mini ətək geyinən qızlar görəndə qucaqlayıram‚ sonra buraxıram. Təb gələndə özümü saxlaya bilmirəm”.

R.Süleymanov Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham edilir. Bu ittiham məhkəmədə sübuta yetirilərsə‚ R.Süleymanovu 8 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. /qafqazinfo/