Paşinyana çətirlə hücum etdi
    • 10-04-2023, 17:15
    • 261

Paşinyana çətirlə hücum etdi

Ermənistanın Baş naziri Nikol Paşinyanın Vayots dzor vilayətinə səfəri zamanı insident baş verib.

News24.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, Paşinyan yerli sakinlərlə görüşərkən onlardan biri Baş naziri çətirlə vurmaq istəyib. 

Təhlükəsizlik xidmətinin əməkdaşları sözügedən şəxsi hadisə yerindən uzaqlaşdırıb. Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.