-
- 21-04-2021, 12:30
- 558
Ermənistanda çaxnaşma: Vətəndaşlar Paşinyanın yolunu kəsdi - VİDEO
Ermənistanın cənubundakı Sünik bölgəsində etiraz aksiyası keçirilib.
News24.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Meğriyə səfəri zamanı vətəndaşların sərt reaksiyası ilə qarşılaşıb.
Yerli sakinlər “Nikol xain” "Nikol Türk" şüarları səsləndiriblər. Polis və vətəndaşlar arasında dava düşüb. Baş nazirin korteji hərəkət etməkdə çətinlik çəkib. Şəhər sakinlərindən biri Baş nazirin mühafizə xidmətinin avtomobilinin üzərinə çıxıb.
İzdiham zamanı Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Sarkis Ovannisyanın pencəyi cırılıb.
Qeyd edək ki, Ermənistan Baş nazirinin Meğriyə səfəri əvvəldən elan olunmayıb.