Danimarka Ukraynaya 19 artilleriya qurğusu verəcək
    • 11-04-2023, 00:40
    • 225

Danimarka Ukraynaya 19 artilleriya qurğusu verəcək

Danimarka Krallığı bir ay ərzində Ukraynaya Fransanın 19 SEZAR özüyeriyən artilleriya qurğusunu verə biləcək.

News24.az-ın məlumatına görə, bu barədə Danimarka müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen bildirib.

Bu ilin yanvarında Danimarka 19 Sezar özüyeriyən artilleriya qurğusunu Ukraynaya təhvil verəcəyini vəd etmişdi.

"Poulsen bildirib ki, Danimarkanın bir ay ərzində SEZAR haubitsalarını çatdıra biləcəyi gözlənilir", - Danimarka mətbuatı yazır.