"Nadir Qafarzadəni 600 avro cərimələdilər"
    • 11-04-2023, 13:19
    • 487

"Nadir Qafarzadəni 600 avro cərimələdilər"

Müğənni Günel Ələkbərova bir vaxtlar yayımlanan "Ekstrim" realiti-şousu ilə bağlı etiraflar edib.

News24.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi "Zaurla Günaydın"da danışıb. O bildirib ki, layihə üçün 1,5 milyon dollar xərclənib. 

Müğənni Nadir Qafarzadə isə "Yayımlandı və uğursuz oldu" sözlərini əlavə edib. 

Günel yarışma zamanı Namibiyada Qafarzadənin 600 avro cərimələndiyini açıqlayıb:

"Atlantik okenanından gedib meduza yığıb gətirmişdi ki, yeyək. Bir də görürük ki, vedrə ilə gəlir. Axşam olanda okeanın suyu çəkilir, bu da yığıb hamısını. Dedilər, gəl bura və cərimələdilər". 

Qeyd edək ki, 2011-ci ildə çəkilən şou "Survivor" realiti-şousunun bənzəri idi. "Space TV"də efirə gedən layihədə Xalq artisti Aygün Kazımova, müğənnilər Nadir Qafarzadə, Günel Ələkbərova, Rüfət Axundov, Nurlan Əzizbəyli və başqaları yer almışdılar.